XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 October 2016 - 13:01

İŞİD bu məkanlarda terror edə bilər –MİT xəbərdarlıq etdi

terror-turk

Türkiyə Milli Kəşfiyyat Təşkilatı İŞİD terror təşkilatı tərəfindən ölkənin bütün vilayətlərində terror aktlarının mümkün təşkili barədə xəbərdarlıq edib.

Trend-in "Habertürk"ə istinadən verdiyi məlumata görə, terrorçuların hədəfi turistlər, siyasi liderlər, xarici diplomatların daha çox olduğu yerlər, eləcə də hotellər ola bilər.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Xalq Demokrat Partiyası liderlərinin də hədəfdə olduğu barədə xəbərdarlıq edib. Bu səbəbdən partiya fəalları, millət vəkilləri ətrafında mühafizə gücləndirilib.