XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2016 - 13:31

Azərbaycan hansı ölkələrdən silah alır? –Prezident açıqladı

silah-22

"Biz Rusiya ilə yanaşı Türkiyə, İran, Belarus, İsrail və digər ölkələrdən silahlar alırıq. Bu, hamıya məlumdur. Silah biznesi elədir ki, burada heç nəyi gizlətmək mümkün deyil”.

Bunu prezident İlham Əliyev "Sputnik”ə müsahibəsində bildirib.

Ölkə başçısı bildirib ki, Azərbaycan kifayət müasir silahlar alır: "Bizim Pakistandan da silah almaq niyyətimiz var. Pakistanın hərbi sənayesi olduqca inkişaf edib və Pakistan bizə dost və müttəfiq ölkədir. Lakin bu məsələdə bizim ən əsas tərəfdaşımız Rusiyadır. Səhv etmirəmsə, Rusiya ilə təxminən beş milyard dollar dəyərində müqavilələr imzalanıb ki, bu müqavilələrin böyük əksəriyyəti realizə olunub. Yəni, bu gün Azərbaycan ordusunda olan silahların əksəriyyəti Rusiya istehsalıdır. Biz bu əməkdaşlıqdan razıyıq və Rusiya silahının ciddi alıcılarından biriyik, ölkələr üzrə vəziyyətə nəzər salsaq, əməkdaşlıq səviyyəsi yaxşıdır. Lakin bizim başqa yerlərdən silah almağımız təbiidir”.