XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2016 - 14:03

Qubad İbadoğludan inflyasiya və bahalaşma anonsu –Açıqlama

Qubad İbadoglu-1

"Qeyri-sabit və yağıntılı hava şəraiti kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışının həyata keçirilməsində çətinliklər yaradır".

Strateq.az xəbər verir ki, bu açıqlamanı iqtisadçı Qubad İbadoğlu verib.

Onun sözlərinə görə, hava şəritinin pisləşməsi meyvə və tərəvəzin topdan və pərakəndə satış qiymətlərini əhəmiyyətli dərəcədə bahalaşdırmaqdadır: "Bahalalaşan mallar arasında yüksək qiymət artımları xüsusilə də bostan və tərəvəs məhsullarında, konkret olaraq pomidor, xiyar, badımcan, göy lobya, kartof, kök, çuğundur, sarımsaq, eləcə də göyərti, meyvələrdən isə üzüm, armud, mandarin, şaftalıda müşahidə olunur. Beləliklə, son günlər fəallaşan mövsümi amillər istehlak qiymətləri indeksinə artırıcı təsir göstərərək, bu il üçün xarakterik olan ikirəqəmli inflyasiyasını geridönməz edir".

Məlumat üçün qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2 faiz bahalaşıb.