Azərbaycan Prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Valeh Feyruz oğlu Ələsgərov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Strateq.az onu da xəbər verir ki, Valeh Ələsgərov deputatdır. Sabah onun 70 yaşı tamam olur. O, 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub.