XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

18 Oktyabr 2016 - 19:46

Gülnarə Kərimova yenidən “Twitter”də: “Həbs, villa, iddia… “- Şok açıqlamlar (FOTOLAR)

Gülnarə

Özbəkistanın mərhum prezidentinin böyük qızı Gülnarə Kərimova yenidən "Twitter"dəki səhifəsində peyda olub.

Strateq.az xəbər verir ki, o, bir müddət əvvəl sosial şəbəkədən yoxa çıxmasına da aydınlıq gətirərək akkauntunun "sındırıldığını" bildirib.

Akkauntu yenidən və güclə bərpa etdiyini yazan eks-prezidentin qızı şok açıqlamalar verib.

"Twitter"də bir neçə fotoşəklini yerləşdirən G.Kərimova anasının yaşadığı Rakatboşi küçəsindəki yeni evinin fotosunu da paylaşıb. Bundan başqa, yaxın qohumu Səyarə və onun qardaşı Əkbərəli Abdullayevdən söz açıb.

G.Kərimova yazıb ki, mərhum dövlət başçısının arvadı Tatyana Kərimovanın qardaşı oğlu olan Əkbərəli Abdullayevin həbsi əsassızdır. Bu həbsin yeganə səbəbi Ə.Abdullayevin prezidentliyə iddiasıdır.

Xatırladaq ki, Ə.Abdullayev 2015-cü ildən korrupsiya ittihamı ilə həbsdədir.

M.Rzasoy

gulnare-ozbek-teze

ekbereli-ozbek

Əkbərəli Abdullayev

villa-abdullayev-ozbek

Əkbərəli Abdullayev və Səyarə Abdullayevanın Monakodakı villası

Strateq.az