XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 12:59

AKP “qolunu çırmaladı” –Türkiyə də referenduma hazırlaşır

heyati-yazici

Türkiyə prezidentlik institutuna keçidlə bağlı referenduma hazırlaşır.

Strateq.az Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, bu barədə iqtidar partiyası AKP-nin sədr müavini Həyati Yazıçı məlumat verib. O, prezidentlik sistemi ilə bağlı 2017-ci ilin aprel ayında referenduma gedə biləcəklərini bəyan edib.

Qeyd edək ki, bu sistemə keçid üçün ölkə konstitusiyası dəyişməlidir. Bunun üçün Türkiyə parlamenti qanun layihəsinə ən azı 330 səs verməlidir. Əgər 330 səs toplanarsa, o zaman layihənin referenduma çıxarılmasının yolu açılacaq.

Gözlənilir ki, 316 milllət vəkili olan AKP-yə lazım olacaq səsi də MHP-lilər verəcək.

Strateq.az