XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 20:00

AMEA-da yenidən struktur və kadr dəyişikliyi aparılıb –Təyinatlar

amea-ESAS

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

AMEA-dan Strateq.az-a verilən məlumata görə, iclasda bir sıra məsələlərlə yanaşı, AMEA-nın İqtisadiyyat İnstitutunun strukturunda dəyişiklik edilməsi haqqında da Rəyasət Heyəti qərar qəbul edib:

"İnstitutun Analitik informasiya və nəşriy­yat şöbəsi ləğv edilərək, onun əvəzinə, Təhsil şöbəsi və İqtisadiy­yatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri şöbəsi yaradılıb".

Sonda bir sıra kadr məsələlərinə baxılıb: "Akademik İradə Hüseynova ictimai əsaslarla AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri,  aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva isə Zoologiya İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar".