XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 20:13

“Gedib, təpələrinə minib, köklərini qurudacağıq” –Ərdoğan Qərbə xəbərdarlıq etdi

erdogan

Türkiyə prezidenti Ərdoğan ABŞ və onun yandaşlarına, o cümlədən terror təşkilatlarına sərt mesaj verib.

Strateq.az xəbər verir ki, Ərdoğan Dabikanı İŞİD-dən təmizlədikdən sonra bəzi ölkələrin narahat olduğunu deyib.

O, açıqlamasında Türkiyənin strateji planının artıq dəyişdiyini bəyan eləməklə yanaşı, həm də ABŞ-a dolayı ismarıc göndərib:

"ABŞ rəhbərliyi ilə Mosula hava hücumunda Türkiyənin iştirakı ilə məsləhətləşdik. Ortaq hərəkətlərimiz müzakirə olundu. Açıq deyirəm, biriləri Dabikanı İŞİD-dən təmizlədikdən sonra bizi təbrik elədi, dedilər, əla, ancaq daha bundan aşağı getməyin. O aşağı deyilən yer harasıdır? Əl-Bab şəhəri. Qüsura baxmayın, biz artıq müdafiə deyil, hücum dövlətiyik.

Strategiyamız kökündən dəyişdi, bunu  anlayın və görün. Zatən görəcəksiniz də. Biz Əl-Baba da girəcəyik, başqa yerlərə də gedəcəyik. Kimsənin bizə hücum etməsini gözləməyəcəyik, özümüz enib, onlara gərəkən yeri göstərəcəyik".

Ərdoğan daha sonra çox açıq şəkildə Türkiyənin gələcəyini açıqlayıb: "Biz 1923-cü ildəki psixoloji anlayış hissini artıq aşmışıq. Türkiyəyə təhdid olan istənilən terror təşkilatı və onları himayə edən hansı ölkə olursa olsun, gedib, təpələrinə minib, köklərini qurudacağıq. Bir daha açıq deyirəm, Türkiyə artıq müdafiə ölkəsi deyil, hücum ölkəsi məqamında hərəkət edəcək" .

F.ƏHMƏD