XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2016 - 01:33

ABŞ generalı:"İŞİD liderləri Mosulu tərk edir"

ll

 İŞİD liderləri Mosul şəhərini tərk edir.

Bu barədə ABŞ-ın İŞİD əleyhinə koalisiyasının komandanı, general-mayor Qeri Voleski Bağdadda video konfrans yolu ilə bağlandığı Pentaqondakı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, qeyd edib ki, Mosulda əməliyyatın başlanmasından cəmi 2 günə qədər vaxt keçsə də, terror qruplaşmasının liderləri və döyüşçüləri şəhəri tərk edirlər. Lakin Qeri Voleski terrorçuların hansı istiqamətə getdiklərini və saylarını açıqlamayıb.

General-mayor həmçinin qeyd edib ki, İŞİD-in tərkibində döyüşən xarici ölkə vətəndaşlarının şəhəri tərk etmələri çətin olacaq və müəyyən vaxt itkisi ilə nəticələnəcək.

"Əməliyyat öncəsi ilə müqayisədə indi Mosulda daha az İŞİD döyüşçüsü var" – deyən general-mayor əməliyyatın nə vaxt başa çatacağı barədə suala cavab verməkdən yayınıb.

"Əl-Məyadin" telekanalı da İŞİD terror qruplaşması silahlılarının Mosul şəhərini tərk etdiyini xəbər verib. Telekanalın məlumatında bildirilir ki, qruplaşmasnın 100 rəhbəri Suriyaya istiqamətlənib.  (Report)