Türk Silahlı Qüvvələri Suriyanın Hələb şəhərinin şimalında hava əməliyyatı keçirib.
Strateq.az xəbər verir ki, TSQ-nın yaydığı məlumata görə, əməliyyat zamanı PYD-yə (kürd separatçıları) aid 18 hədəf məhv edilib.
Məlumata görə, məhv edilən hədəflərdən 11 sabit, 7-si isə hərəkətli obyekt olub. Qeyd edək ki, sabit obyektlər deyiləndə qərargah binaları, sığınacaqlar, hərəkətli obyektlər deyiləndə isə zirehli texnika və hərbi maşınlar nəzərdə tutulur.
Dünənki hava əməliyyatı nəticəsində 200-ə qədər separatının məhv edildiyi bildirilir.
Təyyarələr heç bir itki vermədən hərbi aeroporta qayıdıblar.