XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2016 - 14:20

Elmar Vəliyev şöbə müdirini işdən çıxarıb –İH təsdiq edir, şöbə müdiri isə eyham vurur

ELMAR 1

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şöbə müdiri Həsən Məmmədovu işdən azad edib.

İcra Hakimiyyətindən (İH) İctimai-siyasi və humanitar məsələlər şöbənin müdirinin vəzifədən azad olunması xəbəri təsdiqlənib.

Strateq.az xəbər verir ki, məsələ barədə unikal.org-a danışan Həsən Məmmədov deyib ki, səhhətində yaranan problemlə bağlı xəstəxanadadır: ”Heç nədən xəbərim yoxdur. Hazırda müalicə alıram, səhhətim normal deyil, sağlamlığımla məşğulam. Vəzifə də ömürlük ola bilməz”.

Sayt özəl mənbələrə istinadən bildirir ki, Həsən Məmmədovun xəstəxanaya yerləşdirilməsinin səbəbi Elmar Vəliyevlə aralarında yaranan insident olub.