XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 October 2016 - 15:02

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki vəfat edib

mtn

 Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki vəfat edib.

İstefada olan polkovnik Nazim Alxasov uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, N.Alxasov 1954-cü ildə Qusarın Çətkün kəndində anadan olub. Uzun illər xüsusi xidmət orqanlarında işləyib. Azərbaycan Respublikasının konstitusiya dövlət quruluşunun müdafiəsində, milli təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanlarının kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədinin mühafizəsində xüsusi xidmətlərinə görə 2002-ci ildə Prezidentin fərmanı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.

2006-cı ildə təqaüdə çıxıb.

Xatırladaq ki, N.Alxasov Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun qardaşıdı. (Report)