Özbəkistan prezidenti İslam Kərimovun ölümündən sonra qızları Gülnarə və Lolaya hansı varidatın qaldığı aktiv müzakirə olunmağa başladı.
Mətbuatın araşdırıb üzə çıxardıqlarından bəlli olur ki, adı daim qalmaqalların mərkəzində olan Gülnarə Kərimova və bacısı Lola atalarının hesabına xeyli mal-mülkə sahib olublar.
Strateq.az xarici mətbuata istinadən Kərimova bacılarının dünyanın ayrı-ayrı ölkələrində sahib olduqları mülk və əmlakların fotolarını təqdim edir.
Başlayaq, Gülnarə Kərimovadan.
Parisdə 30 milyon avroya alınmış mülk. Mülk Madumarov R.T adlı şəxsin adına rəsmiləşib
Cenevrədə 2473 kv.m.-lik 2 mərtəbəli villa. 2009-cu ildə 18.2 milyon dollara alınıb
Dubayda elit yaşayış kompleksində 3 mənzil
Dubayda möhtəşəm villa. Villa 36,9 milyon dollara alınıb
Dubayda – «Dubai Marina» rayonunda yerləşən «DAMAC HEİGTS» göydələnində 3 mənzil
Honq-Konqda 36 milyon dollara alınmış mülk
Londonda Chesham-25 küçəsində yerləşən binanın 4 ayrı mərtəbəsində 4 mənzil
BƏƏ-də «The Palm Jumeirah»da dəyəri 13,1 milyon dollar olan torpaq sahəsi
San-Trope-də villa. 2010-cu ildə 2,5 milyon avroya alınıb
Parisdə mənzil. Mənzil 2007-ci ildə 30 milyon avroya alınıb
Moskva şəhəri, Komsomol prospekti, «Kamelot» yaşayış kompleksində 420 kv.m-lik mənzil; Krımda pansionat
Moskva şəhəri, Krasin küçəsi, ev 21-də üç otaqlı mənzil
Krımda qonaq evi
Bunlar G.Kərimovaya məxsus daşınmaz əmlakın mətbuata bəlli olan hissəsidi.
Lola Kərimovanın isə daşınmaz əmlak siyahısından mediaya bəlli olanı yalnız budur:
Los-Ancelesin bahalı rayonlarının birində yerləşən, dəyəri 58 milyon dollara olan villa
Strateq.az