XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Oktyabr 2016 - 16:01

Prezidentdən icra başçılarına açıq xəbərdarlıq:"Buna görə qiymət verəcəyik"

ilham-forum

"Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdır, şərait yaratmalıdır, sahibkarları cəlb etməlidir və onların fəaliyyətinə buna görə qiymət veriləcək”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Ağstafada "Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında müəssisənin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı deyib ki, indi fermer olmaq yenə də şərəfli işə çevrilir: "Xüsusilə dövlət dəstəyi, yaradılan imkanlar nəzərə alınır, subsidiyalar verilir, güzəştlər edilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrə, yanacaq, texnika güzəştli şərtlərlə verilir. Bu, dövlət siyasətidir. Hər bir sahibkar məsuliyyətli olmalıdır və Vətəni sevməlidir”.

APA