XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2016 - 10:15

“Mossad”ın zəhərlədiyi HƏMAS lideri –Quranı özünə müəllim sayan Xalid Məşəl haqda bilmədiklərimiz...

mahmud-abbas-xalid

HƏMAS lideri Xalid Məşəl Fələstin Muxtariyyətinə başçılıq uğrunda mübarizədə Mahmud Abbasa rəqib olmağa hazırlaşır. Artıq indidən bu fikir onsuz da gərginlik ocağı olan Yaxın Şərqi çalxalamaqdadır.

Mediada onu Xalid Məşəl adı-soyadı ilə təqdim edirlər. Fələstinlilər üçünsə o, “Əbu Vəlid”dir.

Strateq.az bu ləqəblə çox az gündəmə gələn HƏMAS liderinin tərcümeyi-halına nəzər salır.

1956-ci ildə Ramallah şəhəri yaxınlığındakı Selvad kəndində dünyaya gəlmiş Xalid Məşəl 11 yaşına qədər burada sıradan bir kənd uşağı idi.

İsrail ordusunun 1967-ci ildə Urdun (İordan) çayının Qərb Sahilini işğal etməsi ilə o, bir çoxları kimi Fələstini tərk etmək məcburiyyətində qaldı. Qısa bir müddət İordaniyada yaşadı, sonra uzun illər yaşayacağı Küveytə köç etdi. Küveyt Universitetinin fizika fakültəsində təhsil alan X.Məşəlin liderlik xüsusiyyəti elə bu dönəmdə üzə çıxdı.

“Haqq qrupu” adlı tələbə təşkilatı yaratdı. Üstəlik Fələstinli Tələbələr Birliyinə seçkilərdə iştirak etdi. Universiteti bitirdikdən sonra müəyyən dövr Küveytdə fizika müəllimi kimi orta məktəbdə dərs dedi. 1990-cı ilin Körfəz müharibəsindən sonra ailəsi və bir çox fələstinlilərlə birlikdə Küveytdən çıxmaq məcburiyyətində qaldı.

Əmmana qayıdışı HƏMAS-da fəal iştirakı ilə yadda qaldı. Qurumun əvvəlki siyasi rəhbəri doktor Musa Əbu Mərzukun ABŞ-da həbs olunmasının ardınca hərəkatın mənəvi atası Şeyx Əhməd Yasinin tövsiyəsi ilə Xalid Məşəl 1996-ci ildə HƏMAS-ın siyasi rəhbəri seçildi. İordaniya, Küveyt…

Xalid Məşəlin digər “ikinci vətəni” Suriyadır. Amma iç savaş onu yeni diyara – Qətərə köç etməyə məcbur etdi. 1 milyon 800 min nəfərlik əhalisi olan Qəzza bölgəsində iqtidara sahib HƏMAS-ın eniş-yüksəlişləri həmişə əkiz qardaş olub.

Məhəmməd Mursinin prezident seçilməsi ilə hərəkatın əl-qolu açılmışdı. Lakin hərbi çevriliş HƏMAS və Qəzza bölgəsinin vəziyyətini yenidən ağırlaşdırdı. Suriyadakı müharibə də HƏMAS-çıların durumuna az təsir etmədi. Üstəlik, digər Fələstin siyasi-hərbi qruplaşmaları ilə də münasibətlər hamar deyil.

Hələ 1970-ci illərdə “Müsəlman Qardaşları” hərəkatına qatılan Xalid Məşəl bu nüfuzlu hərəkatın ideologiyası və mübarizə metodlarını mənimsədi. Bununla bərabər, təhsil illərində Küveyt üləmasından əqaid, fiqh, təfsir və təcvid dərsləri alaraq özünü dini sahədə də kamilləşdirdi. Əslində, uşaqlıq illərindən Qurana bağlı olan X.Məşəl Müqəddəs Kitabı bütün həyatında ən yaxın dostu halına gətirdi.

1981-ci ildə Emel Borini ilə evlənən 3 qızı və 4 oğul atası olan X.Məşəl “Fəcr” televiziyasına verdiyi müsahibədə həmin dostluğu bu cümlələrlə ifadə edib: “Mənim Qurani-Kərimlə yaxın yoldaşlığım və dostluğum çox erkən yaşlarda başlayıb. Özümlə daim kiçik ölçülü Quran gəzdirərdim. Əksər vaxtlar bu Quranın feyz və bərəkətinə sığındım. Onunla sevincimi və üzüntümü paylaşdım. Həyatım boyu Qurana olan ehtiyacım, etdiyi hər işdə müəlliminə müraciət ehtiyacı hiss edən kiçik bir uşaqdakı kimi oldu. Müəllimim və müraciət qaynağım Qurandır. Hüzünləndiyim zaman Ona yönəldim. Bir şeyə sevindikdə sevincimi Qurani-Kərimlə paylaşdım. Yorulduğum zaman yenə də Qurani-Kərimlə dincəldim”.

1997-ci ildə İsrail baş naziri Netanyahunun əmri ilə İordaniyaya keçən Kanada pasportlu on “Mossad” xəfiyyəsi X.Məşəli zəhərlədilər. Ancaq məsələ faş oldu və iki “Mossad” xəfiyyəsi tutuldu. Kral Hüseyn İsrailə müraciət edərək padzəhri verməyəcəkləri halda, hər iki xəfiyyənin edam ediləcəyi barədə xəbərdarlıq etdi. İsraildən dərmanı dərhal göndərdilər. Üstəlik, Şeyx Əhməd Yasini də sərbəst buraxmaq məcburiyyətində qaldılar.

HƏMAS Hərəkatının İordaniyadakı fəaliyyətindən narahat olmağa başlayan ABŞ və İsrailin təzyiqləri nəticəsində İordaniya rəhbərliyi 1999-ci ildə İrandan qayıdan X.Məşəl və altı silahdaşını Əmman hava limanında həbs etdirdi. Məhkəmə Məşəl və yoldaşlarını İordaniyanın ən pis həbsxanası olaraq tanınan Cuveydaya yolladı. Məşəllə birlikdə həbsxanada olan HƏMAS-ın banilərindən biri – İbrahim Quşə həbsxana günlərini belə xatırlayır: "Həbsdə günlərimizi ibadətlə keçirərdik. Bütün namazlarımızı camaatla qılırdıq və Xalid Məşəl öz gözəl səsi ilə bizə imamlıq edirdi. Həbsxanada qaldığımız müddətdə Məşəl hər gün bizə zülm edənlərin adlarını çəkərək namazdan sonra onlara uca səslə qarğış deyərdi”.

61 gün davam edən məhbəs həyatı Xalid Məşəl və yoldaşlarının aclıq aksiyası və azadlığa çıxmaları ilə tamamlandı…

M.Rzasoy

Strateq.az

xalidi

xalidi-2

Strateq.az