XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2016 - 12:59

“Prezidentlə müzakirələr aparmışıq” –Rüfət Aslanovdan əmanətçilərə yeni xəbər

rufet

"Qorunmayan, sığortalanmayan əmanətlərlə bağlı bu günlərdə hökumətlə və cənab prezidentlə müzakirələr aparmışıq. Çox güman ki, qanunvericilik buna yol verərsə, bağlanmış banklarda qorunmayan və sığortalanmayan əmanətlərin də vətəndaşlara qaytarılmasını həyata keçirəcəyik”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov deyib.

Palata sədri bildirib ki, məsələ ölkə başçısının xüsusi nəzarətindədir və bu cür əmanətlərin qaytarılması həyata keçiriləcək: "Hələ tam rəqəm demək istəmirəm. Ortaq həll tapan kimi, sığortalanmayan və qorunmayan əmanətlərin də geri qaytarılmasını təmin edəcəyik. Yollarını araşdırırıq, bu məsələni cənab prezidentə məruzə də etmişik, xüsusi nəzarətdədir”.

Modern.az