XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2016 - 13:10

Venesuela prezidenti Azərbaycana gəlir –4 günlük

nikolas-venesuela

Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək.

Bu barədə Venesuela hökumətinin yaydığı rəsmi açıqlamada deyilir.

Səfərin məqsədi neft hasilatının dondurulması ilə bağlı məsələləri müzakirə etməkdir.

Məlumatda deyilir ki, o əvvəlcə Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv ölkələrə, daha sonra isə qeyri-üzv ölkələrə səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanla yanaşı İran, Səudiyyə Ərəbistanı və Qətərə də gedəcəyi planlaşdırılır.

Qeyd edək ki, N.Maduro artıq cümə axşamından etibarən səfərinə başlayıb və səfər ümumilikdə 4 gün davam edəcək. 

Report