XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2016 - 13:29

“Siz gərək bunu açıb deməyəsiniz” –Palata sədri ilə deputat mübahisə etdi

Vahid Əhmədov

"Bank Standard”da vətəndaşların 560 milyon manata yaxın əmanəti var. 460 milyon manat qorunmuş,100 milyon manat qorunmamış pullardır Bəs indi bu 100 milyon manatın axırı necə olacaq. Bu pullar axı insanların, vətəndaşlarındır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

O, "Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, bir tərəfdən insanlarımızı bank sisteminə inandırmaq istəyirik:

"Necə ki vətəndaşları milli valyutamıza inandıra bilmirik. Digər tərəfdən isə banklar bağlanan kimi insanlarımız pis günə qalır. Mən iqtsaidçı kimi özüm də bu proseslərdən baş açmıram. Özlərinin nə əməliyyatları varsa 5-10 gün milli valyutanı möhkəmləndirərək həyata keçirirlər, daha sonra isə milli valyutanı buraxırlar. Axı bu insanlarla bu cür davranmaq olmaz. 30-40 məktubu elə banklardakı bu cür hallarla bağlı elə mən şəxsən özü, Rüfət müəllim, sizə göndərmişəm”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov isə deputat Vahid Əhmədova bu cür cavab verib:

"Bu, bank sirridir. Siz gərək bunu açıb deməyəsiniz”.

Vahid Əhmədov isə bu Rüfət Aslanova bu cür söyləyib: "Burada bank sirri var ki? Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Heç birinin bakı bağlansa belə veclərinə deyil. Olan yenə də sadə vətəndaşlara olur. Dövlət başçısı harda səfərdə olursa deyir ki, dövlət arxanızdadır, kreditləri rahat ala bilərsiniz. Digər tərəfdən isə banklar bu cür neqativ, qanunsuz əməllərlə məşğuldurlar. Hər bankın arxasında müyyən insanlar dayanır. Amma belə də olmaz axı… "Royal Bank” bağlandı. Bu günə qədər də orada əmanətləri olan insanlar hələ də əmanətlərini almayıblar”.

Modern.az