XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

21 Oktyabr 2016 - 15:06

“Prokurorluq haqqında” qanun dəyişdi –Fərman

ilham

Prezident İlham Əliyev "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 284-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar aşağıdakı qərar verilib:

"Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 712; 2014, № 7, maddə 817) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin.

2. Üçüncü və dördüncü abzaslar müvafiq olaraq dördüncü və beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

"həmin Qanunun 20-ci maddəsinin altıncı hissəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının prezidenti nəzərdə tutulur;".