Azərbaycan Respublikasına rəsmi səfərə gələn Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun oktyabrın 22-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Venesuela prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib.
Sonra Venesuelanın və Azərbaycanın dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və Prezident Nikolas Maduro fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Venesuela prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Nikolas Maduroya, Venesuela nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim ediblər.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.