XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 13:07

İŞİD-in yeni müdafiə taktikası:Mosulun tükənməz “canlı qalxan” ehtiyatı

canli-qalxan

Koalisiya qüvvələrinin hava hücumlarına qarşı İŞİD cümə axşamı və cümə günləri Mosulda əksəriyyəti uşaq olan 284 nəfərdən canlı qalxan kimi istifadə edərək, ölümlərinə yol açıb.

Strateq.az xəbər verir ki, bu iddianı İraq kəşfiyyat orqanının adının çəkilməsinə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən izn verilməyən bir səlahiyyətlisi irəli sürüb.

“CNN İnternational”a açıqlamasında səlahiyyətli koalisiya qüvvələri qarşısına çıxarılan əsirlərin bulduzerlə qazılan kollektiv məzarda dəfn edildiklərini  bildirib.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatınin dünən yaydığı açıqlamaya görə, İŞİD 550 ailəni canlı qalxan kimi istifadə etmək üçün qaçırmışdı. Öldürənlərin də həmin ailələrdən olduğu güman edilir. Hər ailənin təxminən 3 insandan ibarət olduğunu düşünsək, hələ də İŞİD-in əlində mindən artıq “canlı qalxan”ın qaldığı aydın olur. Hər iki gündə 280 nəfərin qurbanlıq kimi istifadə edildiyini nəzərə alsaq, terrorçuların hazırdakı “canlı qalxan” ehtiyatının  bir neçə günə bəs edəcəyini düşünə bilərik.

Ehtiyat qurtaranda isə Mosulun 1 milyondan çox əhalisinin canı sağ olsun. İŞİD əlində potensial “canlı qalxan” kimi tutduğu 550 ailəni də elə hazırda idarə etdiyi Mosul şəhərindən oğurlamışdı. Hər hücumda 200 nəfər qurban verilsə, 1 milyonluq şəhər İŞİD-in uzun müddət karına gələ bilər.

Heydər

Strateq.az