XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 October 2016 - 21:07

İlham Əliyev:"Azərbaycan öz neft hasilatını və ixracını artırmayacaq"

ilham

"Dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə keçirdiyi görüşdən sonra mətbuata verdiyi bəyanatda bildirib.

“Bu, çox məsuliyyətli bir mövqedir. Bir daha demək istəyirəm ki, biz bunu birtərəfli qaydada elan edirik. Hesab edirik ki, digər neft ölkələri bu yanaşmaya dəstək verəcəklər və onlar da öz növbəsində oxşar addımlar atacaqlar. Biz neft bazarını ancaq bu təqdirdə sabitləşdirə bilərik. Neftlə zəngin olan ölkələr artıq öz təbii resurslarına görə ədalətli qiyməti də alacaqlar”, – deyə Prezident İlham Əliyev bəyan edib.