XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2016 - 04:53

İngilis mətbuatı Rusiya gəmisini lağa qoydu:"O qədər köhnədir ki..."

kuznetsov-1

Britaniya mətbuatı yazır ki, Rusiyanın Suriya regionuna gedən böyük gəmi karvanı hazırda Lamanş boğazından keçir.

Gəmilər ətrafa sıx tüstü buraxırlar, lakin qəzetlərin yazdığına görə, bu, hərbi məxfilik taktikasından daha çox Rusiya donanmasının sınıq-salxaqlığını Avropanın gözlərindən gizlətmək məqsədi güdür.

"Express" yazır ki, Sovet erasından qalmış "Admiral Kuznetsov"  təyyarədaşıyanını yedək gəmiləri müşayiət edir.

Britaniya Kral Donanmasının keçmiş zabiti Peter Roberts "Ekspress" qəzetinə deyib ki, dəniz kapitanı üçün öz gəmisinin yanında yedəkçiləri görməkdən dilxoredici səhnə ola bilməz. "Bunu o vaxt edirlər ki, gəmi mütləq sıradan çıxmağa hazırlaşır" – deyib köhnə dənizçi.

Qəzet yazır ki, bu gəmi buxar turbinlərinin rənglənməsi üçün tez-tez porta qayıtmalı olub. Ekspertlərin fikrincə, belə soyuqda köhnə gəmilərin boru sistemlərinin şaxtadan partlaması nadir hadisə deyil. Vaxtilə bu Rusiya gəmilərində olmuş Britaniya matrosları isə deyirlər ki, onların hətta tualetlərinin bəziləri işləmir.

Ekspertlərin fikrincə, "Admiral Kuznetsov" gəmisi o qədər köhnədir ki, 2011-ci ildə Aralıq dənizindəki ABŞ gəmiləri lazım gəlsə, onu xilas etmək üçün çox yaxınlıqda lövbər atırdılar.

Lakin köhnəliyinə baxmayaraq, 55 tonluq "begemot" təpədən-dırnağa silahlıdır və 14 min kilometr məsafə qət edir. 

Britaniya sahillərindən keçən Rusiya armadasını Kral Dəniz Donanmasının döyüş gəmiləri qarabaqara izləyir və bir an da olsun gözdən qoymurlar. Kral Hərbi Hava Qüvvələrinin "Rivet Joint" casus təyyarəsi, habelə "C130 Hercules""Typhoon" nəqliyyat və qırıcı təyyarələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Azadliqradiosu.az