XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2016 - 14:51

ABŞ tarixinin ən böyük kiberhücumuna məruz qaldı –78 faiz "blok" edildi, 7 milyard zərərə salındı

kiber

ABŞ tarixinin ən böyük kiberhücumuna məruz qalıb.

Strateq.az xarici mediayaya istinadən xəbər verir ki, dünəndən başlayan ardıcıl kiber hücumlarla ABŞ-da əhali, kommersiya və hüquqi təşkilatlların 78 faizinin internetə girişi "blok" edilib: "Kiber hücumu nəticəsində ABŞ-a ümumilikdə 7 milyard dollara yaxın maddi zərər dəyib. Bir çox internet səhifələrinə, o cümlədən sosial şəbəkələrə giriş də mümkün olmayıb. Hazırda ABŞ təhlükəsizlik qüvvələri problemi aradan qaldırmaqla məşğuldur və demək olar ki, böyük ölçüdə bu hücumları əngəlləyə bilib".

ABŞ-dan verilən rəsmi məlumata görə, hücumla bağlı bəzi dövlət qurumlarında, eyni zamanda, bank sektorunda ciddi təhlükəsizlik tədbirləri də görülür: "Əsasən, kommersiya sirləri və pul köçürmələri xüsusi nəzarət altına alınıb".

Amerika rəsmiləri iddia edir ki, kiber hücumlar Rusiya və Çindən edilib.

F.ƏHMƏD