ABŞ Milli Təhlükəsizlik Şurası Rusiya və İranı beynəlxalq birliyin kimyəvi silaha qadağa ilə bağlı səylərinə qoşulmağa çağırıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays açıqlama verib:
«Kimyəvi silahların qadağası haqda konvensiyanı imzalayan bütün ölkələrdən, eləcə də Əsəd rejiminə hərbi dəstəyi davam etdirən İran və Rusiyadan qəti şəkildə tələb edirik ki, beynəlxalq ictimaiyyətin məlum qadağa ilə bağlı səylərinə qoşulsunlar. Suriya rejiminə hərbi və iqtisadi yardım göstərməklə Əsədin öz xalqına qarşı vuruşmasına şərait yaratmış olursuz».
Prays onu da bildirib ki, ABŞ Suriya rejiminin kimyəvi silah tətbiq etməsini qətiyətlə pisləyir.