XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2016 - 20:35

ABŞ-dan Rusiyaya cavab zərbəsi –Haker hücumu

Zaxarova 72

“The Jester” adlı amerikalı haker Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına hücum təşkil edib.

Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, haker saytda diplomatlara müraciətini yerləşdirib. O, müraciətində amerikalılara qarşı hücumların dayandırılmasını tələb edib.

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumatı təsdiqləyib.

Qeyd edək ki, dünən ABŞ-ın bir sıra rəsmi və qeyri-rəsmi təşkilatlarının internet səhifələri də haker hücumuna məruz qalmışdı.

ABŞ rəsmən bəyan edib ki, Rusiya və ÇİN-dən edilən kiber hücumlar nəticəsində ölkənin 70 faizinin internetə girişi "blok" edilib, dövlətə 7 milyarda yaxın zərər dəyib. 

Bu gün isə Rusiya XİN-nin rəsmi səhifəsinə edilən hücumun bu baxımdan cavab xarakterli olduğu güman edilir.

Strateq.az