XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 October 2016 - 15:30

Xorvatiya prezidenti Şəhidlər xiyabanında –FOTOLAR

hacibala-kol-sehidler

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç bu gün Şəhidlər xiyabanını ziyarət edib.

Strateq.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Xorvatiya Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.