XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

24 Oktyabr 2016 - 16:07

Mədəni şəkildə “əlvida!”:Peşmərgə Binali Yıldırımı yalanladı

basika

“Türkiyədən önümüzü açmaq üçün İŞİD-i bombalamasını istəmədik”.

Strateq.az xəbər verir ki, bunu peşmərgə güclərinin Başika cəbhəsinin komandiri, general İsgəndər Gərdi bildirib.

Generalın sözlərinə görə, rəsmi Ankaranın bu barədə fikirləri həqiqəti əks etdirmir.

Xatırladaq ki, bu səhər saat 06.30-da şərq və qərb istiqamətlərindən Başikaya hücum edən peşmərgələr günortaya qədər 8 kəndi ilə bərabər qəsəbəni ələ keçirmişdi. Hadisə ilə bağlı açılama verən Türkiyənin baş naziri Binəli Yıldırım "Peşmərgə gücləri Başika qəsəbəsini İŞİD-dən təmizləmək üçün hərəkətə keçdilər. Bizim Başika bazamızdakı əsgərlərimizdən də kömək istədilər. Biz də oradakı top və tanklarımızdan atdığımız atəşlərlə onlara dəstək verdik”- demişdi.

Zənnimizcə, faktiki olaraq adi bir briqada komandiri səviyyəsində Türkiyənin ən yüksək siyasi iradəsinin fikirlərini yalanlayan peşmərgə bununla həm də Ankaraya mesaj verir. Demək istəyirlər ki, “bu zamana qədər bizə silah, təlim verdin, qanadların altına çəkib qorudun. Burdan o yana özümüz bacararıq. Artıq sənə ehtiyacımız yoxdur. Əlvida”.

Kürd separatçılarının bu dönüklüyü isə səbəbsiz deyil. Zatən koalisiya qüvvələri tərəfindən hava hücumlarıyla dəstəklənən peşmərgələrin həqiqətən də türk tanklarından açılan atəşlərə ehtiyacı qalmayıb.

Üstəlik, ABŞ da artıq peşmərgələrin İraq ordusunun tərkibində döyüşməsini istəyir. Digər tərəfdən o, Bağdadın diliylə Türkiyənin İraq ərazilərindən çıxmasını tələb edir. Ankara isə bu zamana qədər Başikadakı peşmərgələrə verdiyi dəstəyi əsas gətirərək, İraqda qalmağa çalışırdı. Görünür, Binəli Yıldırımın da peşmərgələrin istəyi ilə İŞİD-i top atəşinə tutması barədə fikirləri də bundan qaynaqlanırdı. Peşmərgələrin bu saman çöpü qədər zəif əsası belə Türkiyəyə çox görməsi qardaş ölkənin İraqda varlığının bütün legitim əsaslarını sıradan çıxarmaq üçündür.

Başqa sözlə desək, Ankaranın regionda yeganə arxalandığı qüvvə peşmərgələr idi, indi həmin qüvvələr də qardaş ölkəyə arxa çevirir. Əslində dəfələrlə yazılarımızda ifadə etdiyimiz kimi, bu, gözlənilməz də deyildi.

Heydər Oğuz

Strateq.az