XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 12:31

Nazirlik 634 sahibkarın ölkədən çıxışına qadağa qoydu –Səbəb

vergi

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, 24 oktyabr tarixinə vergi borcu olduğuna görə 634 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 9 nəfər xarici vətəndaş da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

APA