XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 14:23

“Manat niyə yenə ucuzlaşır?” –Qubad İbadoğlunun şərhi

Qubad İbadoglu-1

"Hazırda ictimaiyyəti ən çox maraqlandıran suallardan biri də manatın dəyərinin dollara nəzərən nə zaman sabitləşəcəyidir. Son günlərədək bahalaşan və sonradan davamlı şəkildə və daha kəskin formada ucuzlaşan manat biznes icmasının və istehlakçıların bu istiqamətdə gözləntilərini doğrultmadı. Nə baş verir? Manat niyə yenə ucuzlaşır?". 

Strateq.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Qubad İbadoğlu özünün "Feysbuk"dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, manatın dünyanın aparıcı valyuta vahidlərinə nəzərən dəyərinin ucuzlaşmasını şərtləndirən amillər var:

"Onların qısa müddətli təsir imkanları böyük ehtimalla manatı daha da ucuzlaşdıracaq. 2017-ci ilə qədər olan müddətdə fəal olacaq aşağıdakı amillərə diqqəti cəlb etmək istərdim.

Birincisi, "Bank Standard” bağlanan zaman aparılan qiymətləndirmələrə görə, bu bankda fiziki şəxslər 603 milyon manat məbləğində ümumi əmanətlərə, 568 milyon manat məbləğində isə qorunan əmanətlərə malikdir ki, sonuncunun da 460 milyon manatını kompensasiya olunan əmanətlər təşkil edir. Qorunan əmanətlərin 62%-i və ya 285 milyonu manatı dollarla yerləşdirilib, yerdə qalan 175 milyon manatı isə manatladır.

Bununla yanaşı, eyni müştərinin həm dollar və həm də manatda əmanəti olduğu halda, bank onların borclarını manatla qaytarmağa başlayıb. Bu o deməkdir, bankdan əmanətini manatla alanların sayı artacaq, eyni zamanda onlara manatla verilən əmanətlərin məbləği 175 milyon manatdan çox olacaq. Bu nağd vəsait valyuta bazarında dollar tələbatı qaldıracaq.

İkincisi, SOCAR-ın istiqrazları dövriyyədə olan və valyuta bazarında manata dəyişdirilən valyuta vəsaitinin bir qismi onun sahiblərinin sərəncamından çıxarılıb. Bu amil valyuta bazarına çıxarılan şəxsi valyutaların həcmini aşağı salıb və dolların təklifini azaldıb.

Üçüncüsü, bu müddət ərzində dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması siyasətinin davam edəcəyi halda Dövlət Neft Fondunun bazara əvvəlki dövrlə və illə müqayisədə daha az valyuta çıxaracağı gözlənilir. Bu isə valyuta təklifinini aşağı salınmasına ciddi təsir göstərəcək digər başqa amillərin də manatın ucuzlaşmasına təsirlərini gücləndirəcək.

Dördüncüsü, ilin sona yaxınlaşması ilə əlaqədar olaraq, şirkətlərin, bankların və dövlətin xarici borc öhdəliklərinin icrasına yönəldəcəyi valyuta vəsaitlərinin həcmində artım bazarda xüsusilə də dollara olan tələbatı artıracaq.

Nəhayət, ABŞ FED-in noyabrın 1-2-də gözlənilən toplantısında uçot dərəcəsinin artırılması ilə bağlı müsbət qərar vermə ehtimalının günbəgün artması da, manata olan psixoloji təzyiqləri yüksəldəcək".