XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 19:59

İranlı nazirdən Ərdoğana xitab:"Ərəbistan sizi arxadan bıçaqladı"

muhsun-rezai

İranlı general Muhsin Rezai "Instagram" səhifəsində Türkiyə prezidenti Ərdoğana xitabən yazı yerləşdirib.

Strateq.az xəbər verir ki, Rezai yazısında bu ifadələrə yer verib:

"Hörmətli Ərdoğan, yeni bir Kərbəlanın təkrarlanmasını istəmədiyinizi söylədiniz. Ancaq İŞİD-in İraq və Suriyada və Ərəbistanının Yəməndə etdikləri Kərbəla hadisəsinin təkrarı deyilmi?".

İranlı general Ərdoğana xitabən daha sonra belə yazıb:

"Siz günahsız insanların qətliamının qarşısını almaq üçün heç bir şey etmədiyiniz kimi, Ərəbistan və İsrailin bic övladı İŞİD ilə əməkdaşlıq etdiniz. İŞİD-çilərin əlləri İstanbulda törədilən patlayışlarda günahsız insanların qanına bulandığı kimi, Ərəbistan da son hərbi çevriliş cəhdində sizi arxadan bıçaqladı".

M.Rzasoy

Strateq.az