XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 10:24

Qırğızıstan prezidenti hökumətiistefaya göndərdi

Qırğızıstan prezidenti Almazbek Atambayev respublika hökumətinin istefasına dair fərman imzalayıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatında Nazirlər Kabinetinin istefasının dörd deputat fraksiyası arasında saziş əsasında təşkil olunan parlament koalisiyasının statusunun itirilməsi səbəbindən qəbul edildiyi deyilir.

Fərmana əsasən baş nazirə, onun müavinlərinə, hökumət üzvlərinə, həmçinin administrativ idarə rəhbərlərinə yeni hökumət heyəti və administrasiya idarələrinin rəhbərləri təyin olunana qədər vəzifələrini icra etmək tapşırılıb.