XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 10:44

Avstriya səfiri Qarabağdan danışdı

avstriya-milli-gun-16

Avstriyanın Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfriliyi rəsmi qəbul təşkil edib. Avstriyalı gənc akkordeonçunun ifasında hər iki ölkənin himni səsləndirildikdən sonra səfir Aksel Vek çıxış edib.

Səfir Aksel Vex ölkəsinin müstəqillik tarixindən, inkişafından danışaraq, Azərbaycanla əlaqələrə toxunub. Almaniyanın hazırda ATƏT-ə sədrliyini xatırladaraq, növbəti ildə Avstriyanın bu quruma sədrlik edəcəyini vurğulayıb: “Aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin nə qədər vacibliyinin əhəmiyyətini bir daha aşkar etdi. Bu mənada Avstriya ATƏT-ə sədrliyi dövründə çalışacaq ki, həmsədrlərin davamlı görüşləri çərçivəsində münaqişə dinc, sülh yolu ilə həllini tapsın”.  

Bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr yüksək səviyyədə inkişaf edir, qarşılıqlı səfərlər həyata keçirilir. O, Avstriyanın Federal Avropa, inteqrasiya və xarici işlər nazirinin müavini Mixael Linhartın Azərbaycana səfərini xatırladaraq, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovu Avstriyada gözlədiklərini vurğulayıb.

Azərbaycan hökuməti adından XİN-nin Protokol İdarəsinin rəisi Pərvin Mirzəzadə Milli Gün münasibətilə Avstriya xalqına təbriklərini çatdırıb. İkitərəfli siyasi,  iqtisadi, mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini deyən P.Mirzəzadə, gələcəkdə də Avstriya və Azərbaycan arasında dostluq əlaqələrinin daha da inkişaf edəcəyinin əminliyini vurğulayıb.

Strateq.az