XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 12:12

Azərbaycan MSŞT-da namizəd statusunda qaldı –Hökumətə vaxt verildi

eiti-logo_1

Bu gün Astanada  "Mədən sənayesində şəffaflıq təşəbbüsü" (MSŞT) üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərinin MSŞT standarlarına uyğunluğunun qiymətləndirilməsi ilə bağlı yekun qərarını verib. Qərarda deyilir ki, Azərbaycan MSŞT sahəsində birinci qiymətləndirmə ilə müqayisədə ümumilikdə əhəmiyyətli proqres əldə edib və bir neçə fərdi tələb üzrə irəliləyişə nail oub. İdarə Heyəti bütün bunları nəzərə alaraq hesab edir ki, Azərbaycan namizəd statusunda qalır.

Bu barədə MSŞT İdarə Heyətinin üzvü Qubad İbadoğlu məlumat verib: "İdarə heyəti hesab edir ki, Azərbaycanın MSŞT-nin 1.3. saylı "Vətəndaş cəmiyyətinin iştirakı" standartı üzrə vəziyyəti qənaətbəxş deyildir. Odur ki, İdarə Heyəti hökümətə və çoxtərəfli qrupa icra müddəti növbəti iclasa qədər olan islahedici tədbirlər planı təqdim edir. Əgər islahedici tədbirlər planının icrası uğursuz olarsa, o halda ölkənin MSŞT standartlarıa görə fəaliyyəti dayandırılır. İdarə Heyəti həmçinin katibliyə tapşırıb ki, növbəti toplantıya qədər Azərbaycanın qiymətləndirilməsi ilə bağlı hazırlıq işlərini başa çatdırsın. İdarə Heyəti növbəti addımları qiymətləndirmə hesabatı və MSŞT standartı əsasında müəyyənləşdirəcək. Məlumat üçün qeyd edim ki, MSŞT-nin beynəlxalq İdarə Heyətinin növbəti toplantısının 8-9 mart 2017-ci ildə keçirilməsi planlaşdırılıb". 

Strateq.az