XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 October 2016 - 15:36

“Əl Babdan sonra Minbiçə doğru gedəcəyik” –Ərdoğan yeni hədəfi açıqladı

erdogan

Türkiyə prezidenti Ərdoğan bu gün muxtarlarla görüşündə Suriyadakı durumu dəyərləndirib.

Strateq.az Türkiiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan İŞİD-in nəzarətində olan Əl Bab şəhərini də təmizləyəcəklərini bəyan edib. Prezident əlavə edib kİ, bundan sonrakı hədəfləri YPG/PYD-nin nəzarətində olan Münbiç olacaq:

"Biz Əl Babdan sonra Münbiçə doğru gedəcəyik. Hə, bu aralıqda qarşımıza PYD/YPG çıxdıqca, onları da vururuq. 

Hələbə gəldikdə isə, orada bizim sorunumuz yoxdur, ancaq baş verənlərə etirazımız var. Hələbdəki vəziyyətlə bağlı hörmətli Putinlə də danışdım. Hələb hələblilərindir. Hələb üzərindən başqa hesablara girmək doğru olmaz. Bizim Hələblə qohumluq bağlarımız var. O üzdən burada baş verənləri diqqətdə saxlayacağıq"