Qırğızıstanda yeni sayt fəaliyyətə başlayıb.
Strateq.az xəbər verir ki, "Deputat.kg" deputatların verdiyi vədlərə onlayn nəzarət xidmətidir.
Yeni internet resurs "Vətəndaş Platforması" Fondunun təşəbbüsü ilə hazırlanıb. Saytda Qırqızstan parlamenti üzvlərinin və yerli hakimiyyət orqanları nümayəndələrinin ictimai bəyanatları toplanır, eləcə də ekspertlər, politoloqlar və ictimai xadimlərin rəyləri dərc olunur.
Deputatların yerinə yetirilməmiş vədlərinin statistikası qrafika şəklində göstərilir.
Rus və qırğız versiyalı saytın təsisçiləri onun ölkədə ümumi siyasi mədəniyyətin inkişafına töhfə olacağına, deputatların məsuliyyətini artacağına ümid edirlər. Həmçinin, onlar "Deputat.kg"-nın cəmiiyyət və hakimiyyət arasında konstruktiv dialoqu təmin edəcəyinə əmindirlər.
M.Rzasoy