XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2016 - 16:43

İntihar edən polkovniklə bağlı yekun rəy açıqlandı:"Hər hansı zorakılıq əlamətləri aşkar edilməyib"

ilqar-mtn

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin təcridxanada intihar etməsi ilə bağlı başlanılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, cinayət işi üzrə aparılan araşdırmalar zamanı onun intihar etdiyi sübuta yetirilib.

İ. Əliyevin meyitinə ailə üzvlərinin iştirakı ilə keçirilən baxış zamanı üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, MTN-in Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin hazırda həbsdə olan rəisi Akif Çovdarovun vəkili Kamandar Nəsibov bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, A. Çovdarov İ. Əliyevin döyülərək öldürüldüyünü iddia edir.

Onu da qeyd edək ki, İ. Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunub. O, ötən il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.