XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2016 - 12:00

ABŞ-ın sui-qəsd ordusu Mosula girdi –Qorxunc JSOC

abs-ordusu

ABŞ Müdafiə naziri Eşton Karter gizli sui-qəsd ordusu JSOC-un (ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı) Mosula göndərildiyini açıqlayıb.

 Birbaşa Ağ Evdən əmr alan xüsusi təyinatlılar Mosulda vacib əməliyyatlar həyata keçirəcək.

Xüsusi hazırlanmış qrupların Rakka əməliyyatlarına da qatılacağı gözlənilir.

25 min nəfərdən ibarət olan JSOC ABŞ prezidentinin əmri ilə dünya miqyasında sui-qəsd, gizli işgəncə və adam qaçırma əməliyyatları həyata keçirir.

11 Sentyabr hadisələrindən sonra JSOC-un İraq və Suriyada bəzi yerli qüvvələrə təlim keçdiyi bildirilir.

Qeyd edək ki, JSOC qəddarlığı ilə Mərkəzi Kəşfiyyat İdarəsini (CİA) xeyli geridə qoyub. Son 10 ildə ordunun minlərlə insanı qətlə yetirdiyi təxmin edilir. Təkcə Əfqanıstanda 2008-ci ildə 550 əməliyyat zamanı 1000 nəfər öldürülüb. 2009-cu ildə 464 əməliyyatda 500 nəfər aradan götürülüb.

İraqda 2005-ci ildən bəri JSOC 500 əməliyyat təşkil edib.

JSOC-un adı açıqlanmayan rəsmisi ABŞ mətbuatına verdiyi müsahibədə “Qaranlıq məsələyik. Dünyanı idarə edən güc bizik, amma görünmürük. MKİ-nin bizim etdiklərimizi təkrarlamağa gücü və icazəsi yoxdur”, – deyib.

Axar.az