XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2016 - 13:59

Lukaşenko Əliyevlə görüşəcək –Tarix açıqlandı

lukasenko-2.jpg

"Mən dostum İlham Əliyevlə noyabrın 28-də görüşmək barədə razılaşmışam".

Bunu Minskdə Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla ilə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. O, Azərbaycan prezidenti ilə bir sıra problemləri ciddi müzakirə edəcəyini bildirib:

“Hər şeydən öncə sizin hakimiyyətin Azərbaycanda imtahandan uğurla çıxmağına görə təbrik edirəm. Bu imtahan referendumdur. Onun nəticələri Azərbaycan xalqının elə də asan olmayan zamanda hakimiyyətə münasibətinin ən yaxşı göstəricisidir. Bu böyük qələbədir və mən bilirəm ki, bu, dünyada necə dəyərləndirilib. Sizin ölkənin imici həddən artıq yüksəldi. Biz dostum Əliyevlə noyabrın 28-29-da görüşmək barədə razılaşmışıq. Heç nəyi dəyişmirik, heç nəyi təxirə salmırıq”.  

Axar.az