XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

28 Oktyabr 2016 - 16:18

Əhaliyə satılan qazın qiymətinin bahalaşmasına rəsmi – Reaksiyalar

qaz

İşıq və suyun ardından mavi yanacağın da bahalaşacağı barədə fikirlər səslənməkdədir.

Məsələ ilə bağlı açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib ki, təmsil etdiyi qurum respublika ərazisində təbii qazın paylanması ilə məşğul olur:

“Qiymətin artırılmasına gəldikdə, bu məsələyə “Azəriqaz” tərəfindən baxılmır. Aidiyyatı qurumlar tərəfindən müzakirə olunur və bu barədə Tarif Şurası qərar verir”.

Qurum tərəfindən Tarif Şurasına (TŞ) müraciət edilməsinə gəldikdə, İ.Kərbalayev deyib ki, "hazırda “Azəriqaz” İstehsalat Birliyində bu barədə məlumat yoxdur”.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə deyib ki, qazın qiymətinin dəyişdirilməsi ilə bağlı onlarda məlumat yoxdur: “Hazırda “Azəriqaz”İstehsalat Birliyi tərəfindən Tarif Şurasına belə bir müraciət daxil olmayıb”.

Qeyd edək ki, 2016-cı il mayın 13-də "Azərsu" ASC-nin müraciəti əsasında Tarif Şurası  1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl – 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl – 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə – 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetr olması barədə qərar qəbul edib.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.

Bu il iyulun 14-də isə  Tarif (qiymət) Şurası “Azərişıq” və “Azərenerji” ASC-lərin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib.

Qərara əsasən, 1 kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik olub.

Modern.az