XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Oktyabr 2016 - 18:16

Eldar Mahmudovun axtarışda olan “sağ əli” İspaniyada tutulub? –Vəkildən açqılama (FOTO)

eldar

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun axtarışda olan ən yaxın adamı İspaniyada həbs edilib.

İspaniyanın “lavanguardia.com” saytının məlumatına görə, “Akula Akif” ləqəbi ilə tanınan Akif Mustafayev İspaniyanın Loret-de-Mar şəhərində saxlanılıb.

Saytın yazdığına görə, o, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov üçün biznesmendən 285 min dollar alınmasında təqsirli bilinir.

Hazırda Akif Mustafayevin Azərbaycana ekstradisiya olunması istiqamətində iş aparılır.

Qeyd edək ki, A. Mustafayev E. Mahmudovun ən yaxın adamlarından olub. O, “MTN işi”ndə adı keçdiyi üçün ölkədən qaçıb.

Azərbaycan hüquq-mühafizə orqanları A. Mustafayevi rüşvətxorluqda təqsirli bilərək barəsində İnterpol xətti ilə axtarış elan edib.

A. Mustafayev E. Mahmudovun "sağ əli" sayılır.

****

Ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun "sağ əli" sayılan "Akula" ləqəbli Akif Mustafayev İspaniyanın Loret-de-Mar şəhərində 10 gün əvvəl saxlanılıb, elə həmin gün də azadlığa buraxılıb.

Bunu A.Mustafayevin saxlanılma xəbərinə reaksiya verən vəkili Abbas Atakişiyev deyib.

A. Atakişiyev bildirib ki, A. Mustafayev axtarışda olduğu üçün saxlanılıb. Vəkil A. Mustafayevin hansı səbəbdən azadlığa buraxıldığını bilmədiyini söyləyib. A. Mustafayevin hazırda İspaniyada olmadığını da qeyd edən vəkil onun hansı ölkədə olduğunu açıqlamaq istəmədiyini bildirib.

APA