XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2016 - 19:41

Tehran Moskvaya susaraq “yox” dedi:“... müşkül məsələdir!”

 

kirim

 

"İran Rusiyanın gözləntilərini yaxşı anlayır, ancaq Tehranın Krım siyasətini dəstəkləməsi çox müşkül məsələdir".

Strateq.az xəbər verir ki, bunu Tehran Strateji Araşdırmalar Mərkəzi Avrasiya Proqramı direktoru Mahmud Şuri “Sputnik”-ə açıqlamasında deyib.

Məlumata görə, Mahmud Şuri Rusiya Dumasının üzvü, millət vəkili Yevgeni Fyodorovun İrana göndərdiyi məktuba cavab olaraq, bunları bildirib. Rusiyalı deputat məktubunda İranı Rusiyanın Krımı ilhaq etməsini tanımağa çağırıbmış. Dumanın Xarici Əlaqələr Komitəsinin sədri Leonid Slutskinin də dəstəklədiyi təşəbbüsə İrandan hələ ki rəsmi cavab verilməyib.

Görünür, Tehran “nə şiş yansın, nə kabab” məntiqiylə susaraq, “yox” deməyə çalışır və bu “yox susqunluğunun” səbəbini qeyri-hökumət nümayəndələrinin diliylə Moskvaya çatdırır.

Heydər

Strateq.az