XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 October 2016 - 11:42

Rodriqo Maya:"Azərbaycana səfərdə məqsədim iki ölkə arasında münasibətləri dərinləşdirməkdir"

flag-2

"Bakıya üçüncü səfərimdir, amma Braziliya Milli Konqresinin Deputatlar palatasının sədri kimi ilk dəfədir, Azərbaycana səfər edirəm. Səfərdə məqsədim iki ölkə arasında münasibətləri dərinləşdirməkdir".

Bunu Azərbaycanda səfərdə olan Braziliya Milli Konqresinin Deputatlar palatasının sədri Rodriqo Maya jurnalistlərə açıqlamasında deyib.
R.Maya qeyd edib ki, Azərbaycanla Braziliya arasında münasibətlər inkişaf edib: "Azərbaycan və Braziliya bir çox sahələrdə, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq edir".
Qeyd edək ki, səfər noyabrın 2-də başa çatacaq. (Report)