Yəməndə qanuni hakimiyyəti dəstəkləyən Koalisiya Qüvvələri tərəfindən 27 oktyabr tarixində, yerli vaxtla saat 21:00-da Husi yaraqlılarının Yəmənin Sadə vilayətindən müqəddəs Məkkə şəhərinə tərəf atdığı ballistik raket vurulub.
Strateq.az bildirir ki, məlumatı Səudiyyə Xəbər Agentliyi yayıb.
Məlumatda deyilir ki, havadan müdafiə vasitələri müqəddəs Məkkə şəhərindən 65 km aralıda raketin qarşısını alaraq onu məhv edib. Koalisiya Hərbi Hava Qüvvələri raketin atıldığı mövqelərə cavab atəşi açıb.
Şiə mənbələri isə bunu Səudiyyənin növbəti "dezinformasiyası" adlandırıblar.