«Hizbullah»ın dəstəklədiyi general Mişel Aun Livanda prezident seçilib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 81 yaşlı Aun son iki ildir boş qalan prezidentlik postuna parlamentin seçimi ilə gəlib.
Livan parlamentində 128 deputatdan 83-ü xristian generala etimad göstərib.
Ölkənin son prezidenti M.Süleyman 2014-cü ilin mayında istefaya getmiş, ondan sonra Livanda ölkə liderini seçmək üçün 46 dəfə cəhd edilmişdi. Buna qədərki cəhdlər kvorum olmadığına görə uğursuz olmuşdu.
Aunun namizədliyini onun əsas rəqibi, sünni məzhəbindən olan «Gələcəyin Hərəkatı» bloklasa da, bu ilin oktyabrında tərəflər razılığa gələ bilmişdi.
Hərəkatın lideri Saad Xaririyə bunun müqabilində baş nazir postu təklif olunub. Xariri bundan əvvəl də baş nazir postunu tutmuş və 2011-ci ildə vəzifədən uzaqlaşdırılmışdı.