XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 Noyabr 2016 - 11:45

Putin Bakıya məktub göndərdi:"Ümid edirəm, bu, əlaqələrin dərinləşməsinə təkan verəcək”

putin

"Əsrlərdir Rusiya ilə Azərbaycanı dostluq və mehriban qonşuluq münasibətləri bağlayır”.

Bu barədə Rusiya prezidenti Vladimir Putinin 7-ci Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir.

Məktubu Rusiya Prezident Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub.

Məktubda qeyd olunur ki, bu forum inteqrasiya proseslərinin inkişafına və qarşılıqlı maraq kəsb edən əməkdaşlığa təkan verəcək: "Ümid edirəm ki, forumda konstruktiv dialoq aparılacaq və onun gündəliyi iqtisadi əməkdaşlığa, korporativ əlaqələrinin dərinləşməsinə təkan verəcək”.

APA