XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

01 Noyabr 2016 - 18:47

Rusiya Norveçi nüvə silahı ilə hədələdi:"Bunun acısını çəkəcəksiz"

nuve-dasiyan-teyyare

ABŞ-la Rusiya arasında yaşanan gərginlik hər keçən gün daha kəskin xarakter almağa başlayır.

Strateq.az xəbər verir ki, hazırda Norveçdə hərbi təlim planlaşdıran ABŞ donanmasının Rusiyanın sərhədlərinə yaxınlaşması rəsmi Moskvanın sərt etiraz və xəbərdarlığına səbəb olub.

Belə ki, Rusiya Müdafə və Təhlükəsizlik Şurasının sədri Frants Klinsevitij ABŞ donanmasına qapılarını açan Norveçi nüvə silahı ilə hədələyib:

"Bu, Norveç və norveçliler üçün çox təhlükəli olacaq. Norveçi buna qədər strateji silahlarımızın hədəfinə qoymamışdıq. Ancaq ABŞ donanması ilə sərhədlərimizin bir addımlığında bu hərəkət (birgə təlim nəzərdə tutulur- Strateq.az) gerçekləşərsə, norveçlilər bunun acısını çəkəcək".

Rusiyanın rəsmi xəbərdarlıq və təhdidindən dərhal sonra Norveç müdafiə naziri Eriksen Soreide deyib ki, Rusiyanın bu şəkildə təpki verməsinə əsas verəcək durum yoxdur: "Amma nədənsə ruslar NATO ölkələrinin hər bir təliminə belə reaksiya verirlər".

Xatırladaq ki, nəzərdə tutulan hərbi təlim Rusiya-Norveç sərhədinin 1000 km uzaqlıqda yerləşir.

F.ƏHMƏD