XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Noyabr 2016 - 18:45

Ukrayna prezidentinin bütün maaşıxeyriyyəyə sərf olunur

Ukrayna prezidenti Pyotr Porşenkonun bütün maaşı xeyriyyəyə sərf olunur.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Svyatoslav Tseqolko açıqlayıb.

O bildirib ki, artıq iki ildir Poroşenko prezident maaşının hamısını xeyriyyə işlərinə ayırır. Poroşenkonun illik maaşı 121 min qrivnadır. 

Dünən açıqlanan gəlir bəyannaməsi ilə Ukrayna prezidentinin 858 milyon dollarlıq varidata sahib olduğu məlum olub.

P.Poroşenko bildirib ki, sahib olduğu daşınan və daşınmaz əmlakın hamısını prezidentlikdən əvvəl – biznes fəaliyyəti ilə məşğulkən əldə edib.

«Forbes»ə görə, Pyotr Poroşenko Ukraynanın ən zəngin altıncı adamıdır.