XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2016 - 21:11

Fantastik gücə malik “beşinci nəsil” qırıcılar- Yalnız 4 ölkədə var (FOTO, VİDEO)

Çin ilk dəfə olaraq öz istehsalı olan "beşinci nəsil" qırıcını nümayiş etdirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, J-20 qırıcılarının üzərində 2002-ci ildən bəri iş gedirdi.

Hazırda dünyada bu qırıcılara sahib cəmi 4 ölkə var – ABŞ (F-22 Raptor və F-35 Lightning II F-22), Çin (J-20, J-31), Yaponiya (Mitsubishi X-2 Shinshin) və Rusiya (T-50).

Dünyanın bir çox aparıcı ölkəsinin bu qırıcılardan məhrum olmasının səbəbi onlara qoyulan sərt tələblərdir. 

Bu qırıcılar sürətli, güclü, «ağıllı» və görünməz olmalıdır. Əsas xüsusiyyətləri isə bunlardır:

– maksimum görünməzlik;

– çoxfunksiyalılıq;

– forsajdan istifadə etmədən uça bilmək;

– yüksək manevr imkanı;

– uzaq məsafədən çoxkanallı və çoxrakurslu raket vuruşu;

– göyərtədəki informasiya sistemlərininin idarə olunmasında maksimal avtomatizasiya;

– pilota yardım edən ekspert rejimi

(J-20) – "Qara qartal"

J-31

https://www.youtube.com/watch?v=n5hFOgS2eF0

F-22 Raptor 

F-35 Lightning II

T-50

Mitsubishi X-2 Shinshin

https://www.youtube.com/watch?v=q8HHGJvArlc