XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2016 - 09:49

Dollar və avronun bugünkü məzənnəsi- Mərkəzi Bank

 

Dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 1-i ilə müqayisədə 0,67% artaraq 1,6490 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,64% möhkəmlənərək 1,8254 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl noyabrın 1-i ilə  müqayisədə 0,77% möhkəmlənərək 0,0261 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi isə dəyişməyərək 0,5288 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0186 manatdır. Beləliklə, funt sterlinq 0,76%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,37% möhkəmlənərək 0,6865 manat təşkil edib.